Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Putin animasiya dünyasında

Rusiya prezidenti məşhur “Prostokvaşino” cizgi serialında obraz kimi yer alacaq

13

Rusiya Prezidenti Vladimir Putin məşhur “Prostokvaşino” animasiya serialında personaj kimi təqdim olunacaq.

Bu barədə məlumatı RBC nəşri yayıb. Dərc olunan görüntülərdə Putin serialın əsas qəhrəmanları — Dayı Fyodor, Matroskin, Şarik, Poçtalyon Peçkin və digər obrazlarla birgə təsvir edilib.

Məlumata əsasən, Putinin animasiya serialına daxil ediləcəyi ilə bağlı açıqlama daha əvvəl Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Soyuzmultfilm” studiyasının Direktorlar Şurasının sədri Yuliana Slaşçeva tərəfindən verilmişdi.

Xatırladaq ki, “Prostokvaşino” cizgi serialı 2018-ci ildən etibarən tamaşaçılara təqdim olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.