PUA ilə İrandan Azərbaycana narkotik keçirmək cəhdi ifşa olundu
Dövlət Sərhəd Xidmətinin əməliyyatı nəticəsində 980 ədəd Metadon M-40 həbi müsadirə edildi
İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə narkotik tərkibli maddə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, hadisə oktyabrın 13-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Sərhəd qoşunlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.
Aparılan axtarış zamanı sərhədyanı sahədən 980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkarlanaraq götürülüb.
Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.