Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Prezident İran səfirliyinə başsağlığı ziyarəti edib

İlham Əliyev Ayətullah Seyid Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı kitabını imzalayıb və səfirlə görüşüb

81

Martın 4-də Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizdəki səfirliyinə gələrək İslam Respublikasının Ali Lideri Ayətullah Seyid Əli Xameneinin və digər həlak olan şəxslərin vəfatı ilə əlaqədar başsağlığı verib.

Məlumat dövlət başçısının rəsmi internet səhifəsində yer alıb.

Səfirlikdə Prezident İlham Əliyevi İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu qarşılayıb. Dövlətimizin başçısı başsağlığı kitabına ürək sözlərini yazaraq imzalayıb, daha sonra səfirlə söhbət edib.

Prezident İlham Əliyev İran səfərləri çərçivəsində Ayətullah Seyid Əli Xamenei ilə keçirdiyi görüşləri daim xoş və səmimi xatirələrlə yad etdiyini bildirib.

Müctəba Dəmirçilu isə göstərilən diqqətə və səfirliyə ziyarət edərək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.