Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Prezident İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb

Görüşdə Azərbaycan–Qətər münasibətlərinin inkişaf perspektivləri və enerji sahəsində əməkdaşlıq müzakirə olunub

440

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüş keçirib.

Görüş zamanı Qətər tərəfi ölkə Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə görə təşəkkürünü bildirib və öz salamlarının da Qətər Əmirinə çatdırılmasını xahiş edib.

Tərəflər Azərbaycan–Qətər münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluqlarını ifadə edərək, əməkdaşlığın xüsusilə iqtisadi və ticarət sahələrində daha da genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu vurğulayıblar. Mövcud dostluq və tərəfdaşlıq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə ARDNŞ-in iştirakı ilə Azərbaycan qazının Suriyaya çatdırılması yolu ilə həmin ölkənin enerji təchizatının bərpasında Azərbaycan və Qətər arasında qurulan səmərəli əməkdaşlıq da xüsusi qeyd edilib.

Sonda qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.