Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Portuqaliya və Azərbaycan xarici işlər nazirləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Telefon danışığı zamanı İranın Naxçıvana yönələn dron hücumu pislənilib və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

45

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramova telefonla zəng edib.

Mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı nazirlər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Xüsusilə, Yaxın Şərqdəki gərginlik fonunda İran ərazisindən Naxçıvana yönələn dron hücumunun qəbuledilməz olduğu vurğulanıb və pislənib.

Bundan əlavə, tərəflər Azərbaycan-Portuqaliya ikitərəfli əlaqələrinin mövcud vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Nazirlər qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.