Polşada Kommunist Partiyasının taleyi həll olunur
Prezident Navrotski partiyanın Konstitusiyaya zidd fəaliyyət göstərdiyini bildirib və onun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
Polşa Prezidenti Karol Navrotski Kommunist Partiyasının fəaliyyətinin Konstitusiyaya zidd elan edilməsi üçün Konstitusiya Məhkəməsinə rəsmi müraciət göndərib.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Navrotski müraciətində partiyanın proqramında totalitar üsullara istinad edildiyini, eləcə də hakimiyyəti ələ keçirmək və dövlət siyasətinə təsir göstərmək üçün zorakılıqdan istifadə etmək niyyətinin əks olunduğunu vurğulayıb.
Qeyd edək ki, Polşa Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən, nasist, kommunist və faşist ideologiyalarının təbliği üç ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.