Polşa XİN başçısı: Tramp Ukraynada ədalətli sülh təmin etsə, Nobel Sülh Mükafatına namizəd olacaq
Radoslav Sikorski Osloda keçirilən konfransda ABŞ Prezidentinin namizədliyini irəli sürəcəyini açıqlayıb, İtaliya Baş naziri də Trampın sülh təmin etmək qabiliyyətinə inandığını bildirib
Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada ədalətli və dayanıqlı sülh təmin edərsə, onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcək.
Bu açıqlama Sikorski tərəfindən Osloda keçirilən beynəlxalq təhlükəsizlik konfransında səsləndirilib: “Əgər Prezident Tramp Ukrayna üçün ədalətli sülh təmin edərsə, mən onun namizədliyini irəli sürəcəyəm,” – deyə nazir vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İtaliya Baş naziri Corcia Meloni də Trampın gələcəkdə Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümid etdiyini bildirib və onun Ukrayna üçün ədalətli sülh yaratmaq qabiliyyətinə inandığını vurğulayıb.
Eyni zamanda xatırladılır ki, Tramp Norveç Baş naziri Yonas Qar Störeyə yazdığı məktubda ölkəsinin ona Nobel Sülh Mükafatı təqdim etməməsindən sonra yalnız sülh məsələlərinə fokuslanmaq öhdəliyi hiss etmədiyini qeyd etmişdi.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.