Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Polis əməkdaşları ticarət və ictimai-iaşə obyektlərində

Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Mingəçevirdə təxirəsalınmaz tədbirlər görülür. Bununla bağlı şəhər polis idarəsinin əməkdaşları  iyulun 4-də fəaliyyətinə icazə verilmiş ticarət və ictimai-iaşə obyektlərində olublar. Onlar işçi heyəti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin,  sanitar-gigiyenik qaydalara əməl etməyin vacibliyi və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparıblar. Eyni zamanda aşkarlanan ciddi qanun pozuntuları sənədləşdirilib.

Şərhlər bağlıdır.