Polis ideoloji təbliğatın qarşısını aldı
SSRİ bayrağı qaldıran qrup saxlanıldı
Sosial şəbəkələrdə bir qrup şəxsin SSRİ bayraqları ilə yürüş təşkil etməyə çalışdığı videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi dərhal müdaxilə edərək, təşkilatçılar Abdulla İbrahimli, İbrahim Əsədli və digər iştirakçıları müəyyən edib saxlayıb. Onlar barəsində cinayət işi başlanıb.
İlkin araşdırmalara görə, şəxslər başqa bir dövlətin dəstəyi ilə ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərib, vaxtaşırı toplantılar keçiriblər. Baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlmiş çox saylı materiallar, bayraqlar, radikal kitablar, CD-lər və elektron cihazlar aşkar edilərək götürülüb.
Hazırda istintaq tədbirləri davam edir və hüquq-mühafizə orqanları vəziyyəti diqqətlə izləyir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.