Poladəritmə zavodunda güclü partlayış baş verib,ölənlər var
Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb, 66 nəfər isə müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib; qəzanın səbəbləri araşdırılır.
Çinin Daxili Monqolustan muxtar rayonunun Baotou şəhərində yerləşən polad istehsalı zavodunda baş verən partlayış nəticəsində iki nəfər həyatını itirib, beş nəfər isə itkin düşüb.
Hadisə zamanı daha 66 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.
Qəzanın baş verdiyi müəssisə dünyanın ən iri polad istehsalçılarından biri olan “Baotou” Polad İstehsal Şirkətinə məxsusdur. Hazırda partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.