Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pezeşkian: Xarici liderlər İranda etirazları qızışdırmaq istədi

İran Prezidenti bildirib ki, Tramp, Netanyahu və Avropa siyasətçiləri ölkədə qarşıdurma yaratmaq üçün aksiyaları təşviq ediblər, hökumət isə vətəndaşların səslərini dinləməyə hazırdır

73

İran Prezidenti Məsud Pezeşkian son günlər ölkədə baş verən etiraz aksiyalarını xarici təsirlərlə əlaqələndirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Binyamin Netanyahu və bəzi Avropa siyasətçiləri etirazçıları təşviq etməyə cəhd göstəriblər.

Pezeşkian bu fikirləri İslam İnqilabının banisi Xomeyninin məqbərəsində çıxışı zamanı səsləndirib. O bildirib ki, etirazlara cəlb edilən bəzi günahsız insanlar yalnız ölkədə qarışıqlıq yaratmaq məqsədilə küçələrə çıxarılıblar:
“Məqsəd ölkədə bölünmə yaratmaq, vətəndaşlar arasında qarşıdurma və nifrət salmaq, cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirmək idi. Adi sosial etirazlar zamanı insanlar odlu silahdan istifadə etmir, hərbçiləri hədəf almır, təcili yardım maşınlarını və bazarları yandırmırlar” – deyə Prezident vurğulayıb.

O həmçinin hökumətin vəzifəsinin etirazçıların səsini dinləmək və onların problemlərini həll etmək olduğunu qeyd edib: “Hakimiyyət buna hazırdır.”

Pezeşkian əlavə edib ki, Ayətullah Seyid Əli Xamenei bu cür xarici təsirlərin qarşısını daim alıb və gələcəkdə də qarşılayacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.