Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pezeşkian qonşu ölkələrə zərbələrə görə üzr istədi

İran Prezidenti hücumların yalnız cavab xarakteri daşıyacağını bildirib

69

İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrə qarşı həyata keçirilmiş son hücumlarla bağlı açıqlama verərək üzr istəyib. O bildirib ki, bundan sonra İranın hərbi addımları yalnız cavab tədbiri kimi həyata keçiriləcək.

Pezeşkianın sözlərinə görə, qonşu dövlətlər yalnız İran ərazisinə hücum baş verəcəyi halda hədəf alınacaq. Bu yanaşma ilə bağlı qərarın müvəqqəti rəhbərlik şurası tərəfindən qəbul edildiyi qeyd olunub.

İran mediasında yayılan açıqlamada Prezident son günlər regionda baş verən zərbələrə görə qonşu ölkələrdən üzr istədiyini də vurğulayıb. O əlavə edib ki, gələcəkdə regional hərbi siyasət yalnız ölkənin ərazi müdafiəsi çərçivəsində həyata keçiriləcək və qəsdən qonşu dövlətlər hədəfə alınmayacaq.

Pezeşkian həmçinin bildirib ki, İran vətəndaşları İsrailABŞ qarşısında təslim olmayacaq. Onun sözlərinə görə, İran xalqının təslim olacağını düşünənlər bu ümidlərini özləri ilə məzara aparacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.