Pensiya ödənişlərində dəyişiklik
Bakı, Sumqayıt və Abşeronda yanvar pensiyaları 13-də veriləcək, digər bölgələrdə ödənişlər qrafik üzrə davam edəcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların ödənilməsi 13 yanvar tarixinə təyin olunub.
Daha sonra qrafikə uyğun olaraq ölkənin digər bölgələrində də pensiyalar, eləcə də güzəştli şərtlərlə hüquqa malik şəxslərin aylıqları ödəniləcək.
Qeyd edək ki, 2025-ci ildə bu bölgələrdə pensiyalar adətən ayın 9–10-u verilirdi. 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyaları təxminən 10% artırılacaq. Artım orta aylıq əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə əlaqədardır; hazırda orta aylıq əməkhaqqı 1093 manata çatıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.