Pensiya ödənişləri ilə bağlı vacib açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya ödənişlərinin oktyabrın 21-də yekunlaşacağını açıqladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu oktyabrın 21-də respublika üzrə bütün pensiyaların tam ödəniləcəyini bildirib.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin gün bütün bölgələrdə, eləcə də güzəştli şərtlərlə pensiya alan vətəndaşların ödənişləri də həyata keçiriləcək.
Beləliklə, oktyabr ayı üzrə pensiya ödənişlərinin tam yekunlaşdırılması nəzərdə tutulur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.