Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pensiya almaq üçün əsas tələblər açıqlanıb

Əmək stajı və sığorta ödənişləri pensiya hüququ üçün əsas şərtlərdir

10

Azərbaycanda pensiya hüququ yalnız müəyyən şərtləri yerinə yetirən şəxslərə verilir. Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək pensiyası təminatı departamentinin müdiri Eyvaz İsmayılov bildirir ki, əsas meyarlar əmək stajı, yaş həddi və sosial sığorta ödənişləridir.

Onun sözlərinə görə, bəzi hallarda minimum kapital tələbi tətbiq olunmur. Məsələn, hərbi xidmətdə əlil olmuş şəxslər kapital məbləğindən asılı olmayaraq pensiya ala bilirlər. Hətta 1 ay işləsələr belə, qanunvericiliyə əsasən onlara pensiya təyinatı aparılır; kapital yalnız pensiya məbləğinin hesablanmasında rol oynayır.

Əmək pensiyası üçün isə vətəndaşın minimum 25 il iş stajı olmalıdır. 2006-cı ilə qədər elektron sistem olmadığı üçün həmin dövrdən əvvəlki stajlar avtomatik hesablanır, 2006-cı ildən sonra isə faktiki staj götürülür. Məsələn, bu il 65 yaşına çatacaq şəxslərə 25 il staj hədiyyə olunur, gələn il isə 24 il kimi nəzərə alınacaq.

E.İsmayılov əlavə edib ki, istər sahibkar, istər işçi olsun, əgər sosial sığorta haqqını ödəyibsə, pensiya hüququ qazana bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.