Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pekindən Trampa sərt cavab

Pekin Vaşinqtonun Çin mallarına qarşı addımlarını özünə zərərli adlandırdı

15

ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına qarşı ticarət məhdudiyyətləri tətbiq etməsi Pekinin sərt reaksiyasına səbəb olub.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Syan bildirib ki, Vaşinqtonun Çin mallarından imtina cəhdləri əslində elə ABŞ iqtisadiyyatına zərbə vurur.

“Ticarət və rüsum müharibəsində qalib yoxdur. Belə qarşıdurmalar heç bir tərəfin maraqlarına xidmət etmir”, – deyə çinli diplomat vurğulayıb.

Onun sözlərinə görə, Pekin Vaşinqtonla iqtisadi münasibətlərin tənzimlənməsi məsələsində əvvəlki mövqeyini qoruyur:
“Çin və ABŞ bu kimi problemləri yalnız qarşılıqlı hörmət və bərabər məsləhətləşmələr yolu ilə həll edə bilər.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.