Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Bakıda və bölgələrdə mal ətinin qiymətində son günlər nəzərəçarpacaq artım müşahidə edilir. Həm sümüklü, həm də sümüksüz mal əti 2-3 manat bahalaşıb. Hazırda qiymətlər 21–23 manat aralığında dəyişir.
Satıcılar bahalaşmanı heyvan sayının azalması və tədarük çətinlikləri ilə əlaqələndirirlər.
Mütəxəssislər bildirirlər ki, erkən kəsmələrin çoxalması, xəstəliklərin yayılması və təchizatda yaranan fasilələr ət bazarında ciddi risklər yaradır.
İqtisadçı A.Nəsirlinin sözlərinə görə, vəziyyət nəzarətdən çıxarsa, qiymətlər daha da yüksələ bilər:
“Əgər xəstəliklə bağlı təchizatda çatışmazlıq yaranarsa, ətin qiyməti 25–30 manata, hətta ağır ssenaridə 30–35 manata qədər arta bilər. Lakin bu, prosesin necə idarə olunacağından asılı olacaq. Aidiyyəti qurumlar vaxtında reaksiya versələr, artımın qarşısını almaq mümkündür”.
Əvvəlki yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.