Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Payızın son günlərində havalar yenidən isinəcək

Meteoroloqlar bildirir ki, Azərbaycanda oktyabrın 28-də ölkə ərazisində əsasən yağmursuz, mülayim küləkli və 27 dərəcəyədək isti hava müşahidə ediləcək.

2

Azərbaycanda oktyabrın 28-də payız havası davam edəcək, temperatur bəzi bölgələrdə 27 dərəcəyədək yüksələcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi gündüz saatlarında arabir güclənəcək.

Paytaxtda gecə 14-17, gündüz 21-26 dərəcə isti müşahidə ediləcək. Atmosfer təzyiqi 761-dən 758 mm civə sütununa enəcək, nisbi rütubət isə gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

Ölkənin rayonlarında da əsasən yağmursuz hava gözlənilir, bəzi yerlərdə arabir duman çökəcək. Mülayim qərb küləyi əsəcək.
Temperatur gecə 10-15, gündüz 22-27, dağlıq ərazilərdə isə gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.