Payız tətili başa çatır
Noyabrın 21-i dərs günüdür – Sosial şəbəkələrdə yayılan yanlış məlumatlar təkzib edildi
Azərbaycanda ümumi təhsil müəssisələrində noyabrın 16-dan başlayan payız tətili sabah başa çatır.
Son günlər bəzi xəbər saytları və sosial şəbəkələrdə noyabrın 21-nin də tətil günü olması ilə bağlı yayılan yanlış məlumatlar valideynlər arasında çaşqınlıq yaradıb.
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” qərarına əsasən, payız tətili yalnız noyabrın 16–20 tarixlərini əhatə edir.
Beləliklə, tətil bitdikdən sonra ilk dərs günü noyabrın 21-dir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.