Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Payız havası özünü göstərir

Bakıda güclü külək, bölgələrdə isə leysan və dolu gözlənilir

17

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı son proqnozunu açıqlayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış ehtimal olunur. Şimal-qərb küləyi güclü əsəcək.

Paytaxtda temperaturun gecə 19-23, gündüz isə 25-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Rayonlarda isə daha dəyişkən hava proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı, leysan xarakterli yağışların düşəcəyi, bəzi yerlərdə dolu müşahidə olunacağı bildirilib. Yüksək dağlıq ərazilərdə sulu qar da istisna edilmir. Qərb küləyi ara-sıra güclənəcək.

Temperatur gecə 18-22, gündüz 27-30 dərəcə isti olacaq. Dağlarda isə gecə 8-13, gündüz 14-17 dərəcə isti proqnozlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.