Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Paşinyanın sərhəd mesajı

Baş nazir Kirantsda sakinlərlə görüşərək təhlükəsizlik konsepsiyasını və yeni demarkasiya reallıqlarını izah etdi

12

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuşun Kirants kəndinə gələrək Azərbaycanla demarkasiya olunmuş sərhəd xəttini yerindəcə yoxlayıb və sakinlərlə söhbət edib. O, səfərin görüntülərini sosial şəbəkədə paylaşaraq məqsədin hökumətin təhlükəsizlik konsepsiyasını izah etmək olduğunu bildirib.

Paşinyan vurğulayıb ki, ölkənin təhlükəsizliyi təkcə ordudan ibarət deyil və bunun üçün müxtəlif vasitələrə ehtiyac var:

“Əgər təhlükəsizlik yalnız ordudan asılıdırsa, deməli, real təhlükəsizlik yoxdur. Bu divar bizim əlavə müdafiə vasitəmizdir”, – Baş nazir demarkasiyadan sonra tikilmiş divara toxunaraq deyib.

O, həmçinin bildirib ki, legitimlik təhlükəsizliyin əsas şərtlərindən biridir:

“2022-ci ildə ilk dəfə Ermənistanın ərazi bütövlüyünü özümüz tanıdıq. Demarkasiya zamanı Kirantsın boşaldılacağı barədə iddialar səslənirdi, məktəbin sərhəddən cəmi 50 metr aralıda olduğu deyilir, uşaqların təhlükəsizliyindən narahatlıq ifadə olunurdu. Amma artıq bir ildir ki, burada dərslər normal şəkildə davam edir və heç bir insident qeydə alınmayıb”.

Paşinyan əlavə edib ki, sərhədin bu hissəsində xidmət edən Azərbaycan və Ermənistan sərhədçiləri silahlarında güllə olmadan növbə çəkməyə razılıq veriblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.