Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Paşinyan: İqtisadi gündəm siyasi prosesləri qabaqlayır

Ermənistanın Baş naziri Azərbaycanla ticarət əlaqələrinin inkişafından məmnun olduğunu bildirib və qarşılıqlı ixracın da mümkün olacağına ümid etdiyini deyib.

81

Ermənistanın Baş naziri Nikol Paşinyan iqtisadi məsələlərin regionda siyasi proseslərdən daha ön plana çıxdığını bildirib. Onun sözlərinə görə, bu tendensiya müsbət qiymətləndirilməlidir.

Paşinyan vurğulayıb ki, əslində siyasi gündəmin əsas məqsədi iqtisadi inkişafı dəstəkləməkdir. Baş nazir qeyd edib ki, avqustun 8-də baş verən hadisələr regionda iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradıb.

O, Ermənistanla Azərbaycan arasında ticarət əlaqələrinin formalaşmasından məmnunluq ifadə edib. Baş nazir ümid etdiyini bildirib ki, yaxın gələcəkdə təkcə Azərbaycandan Ermənistana məhsul idxalı deyil, həm də Ermənistandan Azərbaycana ixrac həyata keçiriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.