Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Paşinyan: Gömrük və sərhəd sahələrində qərar yalnız dövlət orqanlarının əlində olacaq

Layihə çərçivəsində Ermənistan əvvəllər sahib olmadığı texnologiyalara çıxış əldə edəcək və suverenlik tam qorunacaq.

254

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP (“Tramp Marşrutu”) layihəsi çərçivəsində gömrük və sərhəd sahələrində Ermənistanın suveren funksiyaları müzakirəyə açıq deyil. O vurğulayıb ki, bu sahələrdə nəzarət tamamilə Ermənistan dövlət orqanlarının əlində qalacaq və qərarları qəbul edəcək qurum “front-ofis” yox, “back-ofis” olacaq. Paşinyan əlavə edib ki, bu çərçivədə əvvəllər sahib olmadıqları texnologiyalara çıxış əldə ediləcək və ümid edir ki, bunlar TRIPP layihəsi çərçivəsində tətbiq olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.