Panama və Venesuela Azərbaycandan sürtkü yağları idxal edib
Ötən il Azərbaycan ümumilikdə 30 252 ton sürtkü yağını 40,6 milyon dollar dəyərində ixrac edib; 14 ildən sonra ilk dəfə Panamaya və Venesuelaya tədarük həyata keçirilib.
Panama və Venesuela Azərbaycandan sürtkü yağları idxal edib
Ötən il Azərbaycan 40,6 milyon dollar dəyərində, ümumilikdə 30 252 ton sürtkü yağları ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanan “Report” hesablamalarına görə, bu göstərici 2024-cü illə müqayisədə dəyər baxımından 34%, kəmiyyət baxımından isə 41% azalma deməkdir.
Hesabat dövründə Azərbaycan sürtkü yağlarını aşağıdakı ölkələrə ixrac edib:
-
İraq – 5,9 milyon dollar dəyərində 3869 ton (-28%);
-
Ukrayna – 5,1 milyon dollar dəyərində 4209 ton (-62% dəyər, -57% kəmiyyət);
-
Bolqarıstan – 4,1 milyon dollar dəyərində 3946 ton (-55%);
-
Türkiyə – 2,5 milyon dollar dəyərində 2285 ton (-24% dəyər, -26% kəmiyyət);
-
Estoniya – 2,45 milyon dollar dəyərində 1690 ton (+7 dəfə).
Qeyd olunur ki, 2025-ci il ərzində 14 ildən sonra ilk dəfə olaraq Panamaya 45 ton (68 000 dollar dəyərində), Venesuelaya isə 189 ton (182 000 dollar dəyərində) sürtkü yağı tədarük edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.