Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pakistanı sarsıdan terror

İslamabad yaxınlığında məsciddə cümə namazı zamanı partlayış: onlarla ölən və yaralı var

57

Pakistanın paytaxtı İslamabad yaxınlığında, cənub-şərqdə yerləşən Tarlay bölgəsində cümə namazı zamanı məsciddə güclü partlayış baş verib. Hadisə “Xədicə əl-Kübra” məscidində qeydə alınıb. Bu barədə DAWN nəşri məlumat yayıb.

İlkin məlumatlara əsasən, partlayış nəticəsində azı 31 nəfər həyatını itirib, 169 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir və ölənlərin sayının arta biləcəyi ehtimal olunur.

Pakistanın Baş naziri Şahbaz Şərif baş verən faciəni sərt şəkildə pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.