Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pakistanda məsciddə ölənlərin sayı artdı

İslamabadda partlayış nəticəsində ölənlərin sayı 36-ya çatdı

43

Pakistanın paytaxtı İslamabadda cümə namazı vaxtı məsciddə törədilən partlayış nəticəsində həlak olanların sayı artıb. Son məlumata görə, faciə qurbanlarının sayı 36 nəfərə çatıb.

“Reuters”in yaydığı xəbərə əsasən, hücum zamanı yaralanan 169 nəfərin bir çoxunun vəziyyəti ağır qiymətləndirilir.

İlkin istintaq materialları hadisəni törədən şəxsin terror qruplaşması ilə əlaqəli olduğunu göstərir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.