Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pakistanda məscidə terror hücumu ilə bağlı əməliyyat

İslamabaddakı hücumun təşkilatçısı və iştirakçıları təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb

28

Pakistan təhlükəsizlik orqanları İslamabadda şiə məscidinə edilən terror hücumunun təşkilində iştirak edən şəxsləri həbs edib. Bu barədə “The News” nəşri məlumat yayıb.

Bildirilir ki, əməliyyat zamanı hücumun əsas təşkilatçısı və bir neçə iştirakçı ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, hücumu planlaşdıran şəxs İŞİD terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstan ərazisində xüsusi təlim keçib.

Saxlanılma əməliyyatı zamanı müqavimət göstərildiyi üçün üç təhlükəsizlik əməkdaşı yaralanıb.

Xatırladaq ki, fevralın 6-da İslamabadda yerləşən şiə məscidində törədilən partlayış nəticəsində 36 nəfər həlak olub, 169 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Məscidin mühafizəçisinin verdiyi məlumata görə, partlayışdan öncə üç silahlı şəxs binaya daxil olaraq onu yaralayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.