Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pəhləvi sülaləsinin İrana qayıdışı Cənubi Azərbaycanda narahatlıq yaradır

Tarixi repressiyalar və məhdudiyyətlər səbəbindən güneyli Azərbaycanlılar Pəhləvilərin hakimiyyətə dönüşünü qəbul etmir

405

İranda baş qaldıran etirazlar fonunda sonuncu şah Məhəmməd Rza Şahın oğlu, Rza Pəhləvi də fəallaşıb. O, etirazçılara çağırış edir və tezliklə ölkəyə dönəcəyini bildirir. Bəzi etirazçılar 1979-cu ildə devrilmiş monarxiyanın bərpasını və Pəhləvi sülaləsinin hakimiyyətə qayıtmasını dəstəkləyir.

Lakin Cənubi Azərbaycanda Pəhləvilərə münasibət tamamilə fərqlidir. Burada onların hakimiyyətə qayıtmasına qarşı güclü etiraz var və bu nifrət tarixi köklərə söykənir. Cənubi Azərbaycanda yayılan “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarı bunu açıq göstərir.

Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev xatırladır ki, Pəhləvilər 1925-ci ildə hakimiyyətə gələndə Cənubi Azərbaycanlılara qarşı sərt siyasət yürüdüblər. Rza Pəhləvin dövründə Azərbaycan dilində təhsil və qəzet nəşri qadağan olunmuş, region müxtəlif ostanlara bölünmüş, pan-İranizm siyasəti həyata keçirilmişdi. Xarici siyasətdə Almaniyaya yaxınlaşma, SSRİ ilə münasibətlərin pisləşməsi sərhədlərin bağlanmasına səbəb olmuşdu.

O, həmçinin 1941-1945-ci illərdə baş vermiş “21 Azər” hərəkatının yatırılmasını xatırladır. Hərəkatın iştirakçıları repressiyalara məruz qalmış, bir qismi Sovet Azərbaycanına köçmüşdü. 1978-79-cu illərdə isə Cənubi Azərbaycanlılar İranda milli hüquqlarının bərpa olunacağına ümid edirdilər. Lakin İslam Respublikası da Pəhləvi dövrünün farslaşdırma siyasətini davam etdirərək muxtariyyət və geniş hüquqlar vermədi.

Ekspertin qənaətinə görə, Pəhləvilərin geri dönməsi Cənubi Azərbaycan üçün tarixi xatirələr və əhval-ruhiyyə baxımından qorxulu perspektiv yaradır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.