Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Övladlığa verilən uşaqların sayı artmaqda davam edir

2025-ci ildə 149 uşaq yeni ailələrinə qoşulub, gələn il daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır

58

2025-ci ildə övladlığa verilən uşaqların sayı 149 olub, onların 71-i qız, 78-i isə oğlan olub. Bu barədə məlumatı Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlayıb.

Sədr bildirib ki, övladlığa verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən götürülüb. 2019-cu ildən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbilərə övladlığa verilib – bunlar Almaniya, Serbiya və Rusiya vətəndaşlarıdır.

Vüqar Behbudov əlavə edib ki, 2025-ci il ərzində uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də geniş tədbirlər həyata keçirilib. Qeytkipinq prosesi çərçivəsində 975 uşaq üçün fərdi inkişaf planları hazırlanıb. İl ərzində 296 uşaq müəssisələrə yerləşdirilib, 275 uşaq isə ailə himayəsində saxlanılıb.

Sədr həmçinin qeyd edib ki, 176 uşaq müəssisələrdən ailə himayəsinə qaytarılıb və bu il əlavə 240 uşaq üçün eyni proses nəzərdə tutulur. 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması üçün tədbirlər görülür, 50 uşaq isə himayədar ailələrdə yerləşdiriləcək. 2026-cı ildə isə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.