Orduda maliyyə şəffaflığının artırılması istiqamətində yeni addım
Əsgər maaşları artıq xüsusi “əsgər kartları” vasitəsilə veriləcək
Azərbaycanda əsgərlərin maaşları bundan sonra bank kartları vasitəsilə ödəniləcək. Bu məqsədlə xüsusi “əsgər kartları” hazırlanıb və onların hərbi qulluqçulara paylanmasına artıq başlanılıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, yeni sistem orduda maliyyə şəffaflığının təmin edilməsinə xidmət edir:
Əvvəllər əsgərlərə maaş cədvəllər üzrə, imza qarşılığında verilirdi. İndi isə “əsgər kartı” vasitəsilə elektron ödəniş sistemi tətbiq olunacaq. Bu, həm şəffaflığın qorunması, həm də rüşvət və sui-istifadə hallarının qarşısının alınması baxımından mühüm addımdır.
Yeni sistemin yaxın vaxtlarda bütün hərbi hissələrdə tam tətbiqi planlaşdırılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.