Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Onkoloji xidmətlərdə yeni mərhələ

Artıq lisenziyalı özəl tibb müəssisələri də xərçəng xəstələrinin müayinə və müalicəsini həyata keçirə biləcək

69

Vətəndaşlar artıq onkoloji tibbi yardımı yalnız ixtisaslaşmış dövlət xəstəxanalarında deyil, həm də müvafiq lisenziyaya malik özəl tibb müəssisələrində ala biləcəklər.

Bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi “Onkoloji yardım haqqında” qanuna edilən əlavələrdə öz əksini tapıb. Yeni qaydalara əsasən, onkoloji xidmətlər həm dövlət tibb müəssisələrində, həm də “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun şəkildə lisenziya almış özəl klinikalarda (lisenziyanın əlavəsinə uyğun olaraq) göstəriləcək.

Bundan başqa, özəl tibb müəssisələrində onkoloji xəstələrin müayinəsi və müalicəsi “Özəl tibb fəaliyyəti haqqında” qanunun 13-cü maddəsinin tələblərinə uyğun şəkildə həyata keçiriləcək. Bu yenilik xəstələrin seçim imkanlarını genişləndirir və onkoloji xidmətlərə çıxışı artırır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.