Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Oktyabrdan bəzi avtobuslarda gediş haqqı dəyişir – bütün marşrutlar deyil

Yeni tarif sistemi sərnişinlərə rahatlıq, daşıyıcılara isə maliyyə sabitliyi təmin etməklə ictimai nəqliyyatda şəffaflığı artıracaq.

22

1 oktyabr tarixindən etibarən Bakı şəhərində ictimai nəqliyyatda tariflər yenilənəcək. Metroya tətbiq olunan qiymət artımı bütün xətləri əhatə etsə də, avtobus marşrutlarının böyük hissəsində gediş haqqı dəyişməyəcək.

Yeni tariflər yalnız nağdsız ödəniş sistemləri vasitəsilə fəaliyyət göstərən, həmçinin elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarına şamil olunacaq. İlkin mərhələdə bu dəyişiklik paytaxt marşrutlarının təxminən 30%-ni əhatə edəcək.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron və digər şəhər və rayon marşrutlarına da tətbiq olunacaq. Bu, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçidini stimullaşdıracaq və sərnişindaşıma sahəsində diferensial tariflərin tətbiqi üçün texniki imkanlar yaradacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.