Oktyabr pensiyaları yola düşür
Paytaxt və ətraf ərazilərdə pensiyaların ödənişi sabahdan başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayı üzrə növbəti pensiya ödənişlərinin vaxtını açıqlayıb.
Məlumata görə, sabah — oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi həyata keçiriləcək.
Nazirlikdən bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri də əvvəlki aylarda olduğu kimi qrafik üzrə təmin ediləcək.
Bu addımın məqsədi vətəndaşların sosial rifahının qorunması və pensiya ödənişlərinin fasiləsiz şəkildə davam etdirilməsidir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.