Obama: Yadplanetlilər mövcuddur, amma “51-ci Zona”da gizlədilmirlər
Sabiq prezident vurğulayıb ki, Nevada hərbi bazasında heç bir sirli yeraltı obyekt yoxdur
ABŞ-nin keçmiş prezidenti Barak Obama yadplanetli həyatın mümkünlüyünə inandığını açıqlayıb. O, bu fikirləri bloqer Brayan Tayler Koenin podkastında səsləndirib.
Lakin sabiq dövlət başçısı ufoloqların iddialarına da münasibət bildirib. Onun sözlərinə görə, Nevada ştatında yerləşən və tez-tez UNO-ların qəzaya uğradığı, eləcə də yadplanetli cəsədlərinin saxlanıldığı məkan kimi təqdim olunan məşhur “51-ci Zona” (Area 51) hərbi bazasında hər hansı sirli varlıq gizlədilmir.
Obama qeyd edib: “Onların mövcud ola biləcəyini düşünürəm, amma mən şəxsən görməmişəm və onlar ‘51-ci Zona’da saxlanılmır. Əgər ABŞ prezidentindən belə gizlədilən nəhəng bir konspirasiya yoxdursa, orada heç bir gizli yeraltı obyekt yoxdur.”
Məlumat üçün bildirək ki, “51-ci Zona” əslində Nevada Sınaq və Təlim Poliqonuna daxil olan və Edvards Hərbi Hava Qüvvələri Bazasının strukturuna aid obyekt hesab olunur. Baza Las-Veqas şəhərindən təxminən 130 kilometr şimal-qərbdə yerləşir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.