Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nizami rayonunda ailədaxili mübahisə məhkəmə ilə nəticələndi

Qeyri-rəsmi nikahda olan cütlük arasında baş verən insidentdən sonra tərəflər barışıb, işə xitam verilib

53

Hadisə cütlüyün birlikdə yaşadığı mənzildə baş verib. 2002-ci il təvəllüdlü Bakı sakini Nurəddin (adlar şərtidir) qeyri-rəsmi nikah münasibətində olduğu Səlimə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Gərginlik zamanı o, qadına əl qaldıraraq sifət nahiyəsinə zərbə endirib.

Baş verən hadisə ilə bağlı Nurəddinə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) üzrə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs əməlini etiraf edib və hadisənin şəxsi münasibətlərdə yaranmış anlaşılmazlıq səbəbindən baş verdiyini bildirib. O, zərərçəkmişlə barışdığını qeyd edib.

Səlimə də məhkəmədə tərəflər arasında barışığın əldə olunduğunu və şikayətini geri götürdüyünü təsdiqləyib. Bu barədə məhkəməyə rəsmi sənəd təqdim olunub.

Nizami Rayon Məhkəməsinin qərarına əsasən, tərəflərin barışması nəzərə alınaraq Nurəddin cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.