Nizami Mustafayev indidən sonra sərbəst hərəkət edə biləcək
Mingəçevirin Səməd Vurğun küçəsindəki 6 saylı evin 6-cı mənzilində yaşayan Mustafayevlər ailəsi çətin durumda yaşayır. Ailə başçısı Nizami Mustafayev isə yataq xəstəsidir, birinci qrup əlilliyi olan şəxsdir. Belə vəziyyətdə ona uzun illər qulluq göstərən xanımı çox əzab əziyyət çəkirdi.
Ramazan bayramı münasibəti ilə ailəyə ərzaq yardımı olunub, dünən isə İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü və Qızıl Aypara Cəmiyyətinin xətti ilə özüyeriyən araba gətirilib. N.Mustafayev belə arabaya ehtiyacı olduğu üçün yerli İcra Hakimiyyətinə müraciət etmişdi.
Şərhlər bağlıdır.