Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nigeriya sahillərində yeni neft yatağı aşkarlanıb

NNPC və Chevron Nigeria qərbi Niger Deltasının dayaz sularında "Awodi-07" quyusunda mühüm karbohidrogen ehtiyatlarını təsdiqləyib

84

Nigeriya Milli Neft Şirkəti (NNPC) Atlantik okeanının sahillərində, Niger çayının axarının yaxınlığında yeni bir neft yatağının kəşf olunduğunu elan edib. Bu məlumat şirkətin rəsmi veb saytında yayımlanıb.

Açıqlamada bildirilir ki, NNPC layihənin operatoru olan “Chevron Nigeria” ilə birgə qərbi Niger Deltasının dayaz sularında yerləşən “Awodi-07” kəşfiyyat quyusunda işləri uğurla tamamlayıb. Qazma nəticələri çox ümidvericidir və bir neçə rezarvuar zonasında karbohidrogenlərin əhəmiyyətli dərəcədə mövcudluğunu göstərir.

Quyu Qvineya körfəzində, suyun 12 metr dərinliyində qazılıb və ümumi dərinliyi 3700 metrə çatır. Burada təxminən 205 metr qalınlığında bir neçə neftli təbəqə aşkarlanıb.

Şirkət yaxın gələcəkdə yataqdakı neft ehtiyatları barədə ilkin qiymətləndirmələrini təqdim etməyi planlaşdırır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.