Niderland səfirliyini İrandan çıxardı
Diplomatik nümayəndəlik təhlükəsizlik səbəbilə müvəqqəti olaraq Bakıya köçürüldü
Niderland hökuməti İrandakı diplomatik nümayəndəliyinin fəaliyyət yerini müvəqqəti dəyişib. Səfirlik Tehrandan Azərbaycana köçürülüb.
Bu barədə Tom Berendsen sosial media hesabında məlumat verib. O bildirib ki, diplomatların təhlükəsizliyi ilə bağlı risklərin artması səbəbindən səfirliyin Tehran şəhərindən Azərbaycan ərazisinə köçürülməsi qərara alınıb.
Məlumata görə, Niderland səfiri və diplomatik heyət bu gün ölkəni tərk edərək sərhəd vasitəsilə Bakı şəhərinə təxliyə olunublar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.