Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Netanyahu: İsrail Fələstin dövlətinin qurulmasına qarşı çıxır

Baş nazir vurğulayıb ki, İsrail öz təhlükəsizliyini təhdid edən bir quruluşa razılıq verməyəcək

4

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu açıqlayıb. Bu barədə o, Almaniya kansleri Fridrix Merz ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Netanyahu bildirib ki, Fələstin dövlətinin qurulması “yeganə yəhudi dövlətinin varlığına təhlükədir”. Baş nazir İsrail üçün iki yol olduğunu qeyd edib: biri ərəb ölkələri ilə sülh prosesini davam etdirmək, digəri isə fələstinlilərlə dayanıqlı və sabit sülh yaratmaqdır.

O, əlavə edib ki, İsrail heç bir halda öz varlığına təhdid yarada biləcək bir dövlətin formalaşmasına razılıq verməyəcək.

Həmçinin Netanyahu Qəzzada atəşkəsin ilk mərhələsinin demək olar tamamlandığını və ABŞ prezidenti Donald Trampın sülh planının ikinci mərhələsinin yaxın zamanda işə düşəcəyini vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.