Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Neft qiymətləri 25 faiz artdı

G7 ölkələrinin maliyyə nazirləri strateji ehtiyatların istifadəsini müzakirə etmək üçün fövqəladə iclas keçirəcək

25

Neft qiymətləri 25 faiz yüksəldi – G7 fövqəladə iclas keçirəcək

“Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri bazar ertəsi strateji neft ehtiyatlarının dövriyyəyə buraxılması məsələsini müzakirə edəcəklər.

Bu barədə Fransa hökumətindəki mənbə Yaxın Şərqdə artan gərginliyin enerji bazarına təsirini şərh edərkən Reuters agentliyinə məlumat verib.

Müzakirələrlə bağlı xəbəri ilk yayan nəşr Financial Times olub. Qəzet yazır ki, prosesə Beynəlxalq Enerji Agentliyi də cəlb ediləcək. Məlumata görə, ABŞ daxil olmaqla G7-yə üzv üç dövlət artıq təşəbbüsü dəstəklədiyini açıqlayıb.

Xəbər neft bazarındakı kəskin bahalaşma fonunda yayılıb. Bir sıra iri istehsalçıların tədarükü azaltması və ABŞ-İsrail ilə İran arasında müharibənin genişlənməsi ehtimalının daşımalar üçün uzunmüddətli fasilələr yaradacağına dair narahatlıqlar qiymətləri sürətlə artırıb. Nəticədə neftin dəyəri 25 faizdən çox yüksələrək bir barel üzrə 119 dollar həddini keçib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.