Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nazirlikdən 1000 manatlıq saxta vədə reaksiya

“1932–2017-ci illərdə doğulanlara ödəniş” iddiasının dələduzluq məqsədi daşıdığı bildirildi

54

Sosial şəbəkələrdə “1932–2017-ci illər arasında doğulan şəxslərə Sosial Fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə yayılan videoməlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb. Qeyd olunub ki, paylaşımlarda guya rəsmi siyahı ilə tanış olmaq üçün istifadəçilər profil bölməsində yerləşdirilən linkə yönləndirilir. Nazirlik xəbərdarlıq edib ki, həmin keçidlər vətəndaşların bank kartı məlumatlarını ələ keçirmək və maliyyə vəsaitlərini mənimsəmək məqsədi daşıya bilər.

Rəsmi qurum vətəndaşları belə saxta məlumatlara inanmamağa və göstərilən linklərə daxil olmamağa çağırıb.

Xatırladaq ki, sözügedən iddia ilə bağlı videogörüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.