Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Nazirlər Kabineti bir sıra normativ sənədlərə düzəlişlər edib.
Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarda bildirilib. Qərara əsasən, ədliyyə orqanları əməkdaşlarının attestasiyası, tibbi-iqtisadi ekspertizanın aparılması, tibbi xidmətin keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı qaydalara dəyişikliklər edilib.
Eyni zamanda “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin nizamnaməsi yenilənib, aviasiya personalının ilkin və dövri testlərdən, psixoloji müayinələrdən keçirilməsi, eləcə də bu sahədə fəaliyyət göstərən tibb müəssisələri və mütəxəssislərin sertifikatlaşdırılması qaydaları təkmilləşdirilib.
Əvvəlki yazı
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.