Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nazirlər Kabineti sosial sığorta ödənişləri qaydalarını yenilədi

Məcburi dövlət sosial sığorta ödənişləri və müavinətlər yeni qaydalar çərçivəsində hesablanacaq, əvvəlki ödənişlər isə saxlanılır

55

Nazirlər Kabineti məcburi dövlət sosial sığortası üzrə ödənişlər və müvəqqəti əmək qabiliyyətini itirmiş şəxslərə ödənilən müavinətlərin qaydalarında dəyişiklik edib. Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarın adı və məzmunu yenilənərək “hesablanması və ödənilməsi haqqında Əsasnamə” ifadəsi “təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” ilə əvəz olunub.

Qərarla təsdiq edilmiş əsas sənəd yeni redaksiyada təqdim olunub. Sosial sığorta hadisələri üzrə ödənişlər qərarın qüvvəyə mindiyi tarixədək baş vermiş və ya həmin tarixdən sonra davam edən hallarda əvvəlki normalara uyğun həyata keçiriləcək.

Bundan əlavə, qərar qüvvəyə minənədək təyin edilmiş və ödənişi davam edən sosial sığorta ödənişlərinin (3 yaşınadək uşağa qulluğa görə müavinət istisna olmaqla) dayandırılması və yenidən hesablanmasına yol verilmir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.