Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nazir və komitə sədrləri bölgələrə gedir

Noyabr ayında 25 yüksək vəzifəli şəxs vətəndaşlarla görüşəcək

16

Noyabr ayında nazir və komitə sədrləri regionlarda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin noyabr ayında ölkənin müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu keçiriləcək. Qəbul zamanı vətəndaşların müraciətləri yerində dinləniləcək və həlli üçün müvafiq tədbirlər görüləcək.

Aşağıda noyabr ayı üzrə qəbul cədvəli təqdim olunur:

Rəhbər Şəhər/Rayon Əhatə olunan ərazilər Qəbul tarixi
1 Daxili işlər naziri Vilayət Eyvazov Kürdəmir Kürdəmir, Ucar, Göyçay, Ağsu, Ağdaş, Hacıqabul, Şirvan 1 noyabr
2 DQİDK sədri Ramin Məmmədov Naxçıvan Naxçıvan MR ərazisi 3 noyabr
3 Baş prokuror Kamran Əliyev Abşeron Abşeron, Zəngilan 4 noyabr
4 DGK sədri Şahin Bağırov Quba Quba, Qusar, Xaçmaz, Şabran 6 noyabr
5 Ədliyyə naziri Fərid Əhmədov Masallı Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı 7 noyabr
6 Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beyləqan Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd 13 noyabr
7 Gənclər və idman naziri Fərid Qayıbov Gəncə Gəncə, Samux, Kəlbəcər 14 noyabr
8 FHN naziri Kəmaləddin Heydərov Zərdab Zərdab, Ucar, Kürdəmir 14 noyabr
9 İqtisadiyyat naziri Mikayıl Cabbarov Sumqayıt Sumqayıt 14 noyabr
10 Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Biləsuvar Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul 14 noyabr
11 AQUPDK sədri Bahar Muradova Naftalan Naftalan, Goranboy, Xocalı 14 noyabr
12 Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov Mingəçevir Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir 14 noyabr
13 İTSDA sədri Zaur Əliyev Göygöl Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Xocalı 14 noyabr
14 “Azərişıq” ASC sədri Vüqar Əhmədov Bərdə Bərdə, Tərtər 14 noyabr
15 Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şəmkir Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz 19 noyabr
16 Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Yevlax Yevlax, Mingəçevir 21 noyabr
17 Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Zərdab Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir 21 noyabr
18 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitə sədri Rövşən Rzayev Biləsuvar Biləsuvar, Cəbrayıl 24 noyabr
19 Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Naxçıvan MR ərazisi 28 noyabr
20 Energetika naziri Pərviz Şahbazov Xızı Xızı, Siyəzən, Şabran, Sumqayıt, Abşeron 28 noyabr
21 Əmək və sosial müdafiə naziri Anar Əliyev İmişli İmişli, Beyləqan 28 noyabr
22 Mədəniyyət naziri Adil Kərimli Ağdam (Quzanlı) Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın 28 noyabr
23 “Azəravtoyol” sədri Saleh Məmmədov Astara Astara, Lənkəran, Lerik 28 noyabr
24 “Azəristiliktəchizat” ASC sədri İlham Mirzəliyev Bərdə Bərdə, Tərtər 28 noyabr
25 “Azəriqaz” İB baş direktoru Azər Məmmədov Zaqatala Zaqatala, Balakən 28 noyabr

Vətəndaşların qəbulu saat 10:00-da başlayacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.