Naxçıvanda deputat köməkçilərinin statusu rəsmi təsbit olunur
45 deputatın köməkçilərinin hüquqi əsasları və işə qəbul qaydaları qanunla müəyyən ediləcək
Sabah Naxçıvan Muxtar Respublikası Ali Məclisinin plenar iclası keçiriləcək. İclasın gündəliyində “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi məsələsi də yer alıb.
Təklif olunan dəyişikliklə deputat köməkçisi institutunun hüquqi əsasları müəyyən ediləcək. Layihəyə görə, “Deputatın köməkçisi” anlayışı qanunda ayrıca maddə ilə təsbit olunacaq.
Deputatların fəaliyyətini dəstəkləmək məqsədilə köməkçilərin saxlanması Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçiriləcək. İşə qəbul prosesi isə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun aparılacaq.
Eyni zamanda, deputat köməkçilərinə dair əlavə tələblər Naxçıvan Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.
Qeyd edək ki, hazırda Naxçıvan Ali Məclisində 45 deputat fəaliyyət göstərir və onların köməkçilərinin statusu yeni qanunla rəsmi təsbit olunacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.