Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Naxçıvana dron hücumu ilə bağlı rəsmi açıqlama

Nazirlik bildirib ki, Naxçıvan hava limanı və mülki infrastruktura qarşı həyata keçirilən dron hücumlarının detalları araşdırılır və ölkənin təhlükəsizliyi üçün zəruri cavab tədbirləri hazırlanır.

92

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində baş verən dron hücumları ilə bağlı açıqlama yayıb.

Nazirliyin məlumatına görə, İran İslam Respublikasının ərazisindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Beynəlxalq Hava Limanı və digər mülki infrastruktur obyektləri hədəfə alınıb.

Bildirilib ki, hücumda istifadə olunan pilotsuz uçuş aparatlarının texniki xüsusiyyətləri və hadisənin bütün təfərrüatları hazırda araşdırılır.

Müdafiə Nazirliyi vurğulayıb ki, hər hansı hərbi zərurət olmadan mülki obyektlərə qarşı həyata keçirilən bu cür hücumlar qətiyyətlə pislənir və baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran tərəfinin üzərinə düşür.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, eləcə də mülki əhalinin və infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üçün zəruri cavab tədbirləri hazırlanır və həyata keçiriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.