NATO Türkiyədə “Patriot” sistemi quraşdırdı
İrandan atılan raket hücumlarından sonra Malatyada hava müdafiəsi gücləndirilib
İrandan atılan iki ballistik raketdən sonra Türkiyənin Malatya şəhərinə “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirilib. Bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb.
Rəsmi açıqlamada bildirilir ki, “Milli səviyyədə həyata keçirilən tədbirlərə əlavə olaraq, NATO tərəfindən də hava və raket hücumlarından qorunma səyləri gücləndirilib. Bu çərçivədə, hava məkanının müdafiəsini dəstəkləmək üçün bir “Patriot” sistemi Malatyada fəaliyyətə başlayır”.
Qeyd edək ki, ABŞ və İsrailin İranda hərbi əməliyyatlara başlamasından sonra Türkiyə iki dəfə qonşu ölkənin raket hücumuna məruz qalıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.