Bizimlə həyatınız həmişə işıqlı olacaq!

NATO–Rusiya münasibətlərində yeni mərhələ

Alyans rəsmən bildirir: Şura və Təsis Aktı artıq qüvvədə deyil

10

NATO Baş katibi Mark Rütte dekabrın 3-də alyansa üzv ölkələrin xarici işlər nazirləri ilə keçirilən görüşdə Rusiya–NATO Şurasının ləğv ediləcəyini açıqlayıb. Bu barədə məlumatı Brüsseldə keçirilən iclasdan sonra Polşanın xarici işlər naziri Radoslav Sikorski mediaya verib.

Onun sözlərinə görə, həm Rusiya–NATO Şurası, həm də iki tərəf arasında münasibətləri tənzimləyən Rusiya–NATO Təsis Aktı artıq hüquqi və siyasi baxımdan qüvvədə deyil.

Qeyd edək ki, NATO ilə Rusiya arasında əməkdaşlığın əsası 1990-cı illərin əvvəlində qoyulmuşdu. 1997-ci ildə imzalanmış Təsis Aktı tərəflərin bir-birini rəqib kimi qəbul etmədiyini təsdiqləyir və məsləhətləşmə mexanizmlərini müəyyən edirdi.

2002-ci ildə isə münasibətləri koordinasiya etmək üçün Rusiya–NATO Şurası yaradılmışdı.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.