NATO-nun qış təlimlərində ABŞ qüvvələri geri çəkildi
Norveçdə keçirilən “Birgə Vikinq” manevrlərində Finlandiya hərbçiləri ABŞ qoşunları üzərində üstünlük qazandı
NATO-nun Norveç ərazisində keçirilən qış hərbi təlimləri zamanı gözlənilməz vəziyyət yaranıb. Təlimlər zamanı ehtiyatda olan Finlandiya hərbçiləri ilə qarşılaşmada ABŞ qüvvələri bir sıra mövqelərini geri çəkilməyə məcbur olub.
“Birgə Vikinq” adlı manevrlər çərçivəsində Finlandiya tərəfi hücum mövqeyində çıxış edib, Amerika hərbçiləri isə müdafiəni təmin etməyə çalışıb. Təlimin gedişində fin əsgərlərinin ABŞ qüvvələri üzərində üstünlük əldə etdiyi bildirilib.
Hərbi mənbənin sözlərinə görə, finlandiyalıların hücumlarının intensivliyi azaltmaq tövsiyə olunub, çünki ABŞ hərbçilərinin şərti itkiləri yüksək səviyyəyə çatmış və onların mənəvi vəziyyətinə mənfi təsir göstərmişdi.
Mənbə həmçinin vurğulayıb ki, ABŞ ordusunun həm əməliyyat təcrübəsi, həm də Arktika şəraitində döyüş hazırlığı baxımından müəyyən çatışmazlıqlar ortaya çıxıb. Əksinə, Avropadakı NATO üzvü olan Finlandiya, Norveç və Böyük Britaniya qüvvələri sərt və soyuq iqlimdə daha rahat hərəkət edə biliblər.
Qeyd edək ki, Norveç Silahlı Qüvvələrinin rəhbərliyi altında keçirilən “Birgə Vikinq” təlimlərinə təxminən 10 min hərbçi cəlb olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.