Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

Əvvəllər məhkum olunmuş Nəbi Nəbiyevdən 2 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə götürülüb

14

Tərtərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Qarabağ bürosunun məlumatına görə, Tərtər Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb.

Onun üzərindən və idarə etdiyi ərazidən 2 kiloqramdan artıq marixuana və psixotrop maddə — metamfetamin aşkarlanıb. Aparılan araşdırmalar zamanı N.Nəbiyevin İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Tərtər ərazisində satışa çıxarmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.